“Barselona”nın yeni baş məşqçisinin gizli bacarığı: Karpova uduzsa da...
14 yanvar 2020 11:34 (UTC +04:00)

“Barselona”nın yeni baş məşqçisinin gizli bacarığı: Karpova uduzsa da...

"Barselona"nın yeni baş məşqçisi Kike Setyenlə bağlı maraqlı məqam üzə çıxıb. 

Lent.az-ın məlumatına görə, 61 yaşlı mütəxəssis şahmat həvəskarıdır. Setyen 2018-ci ildə qrossmeyster Anatoli Karpovla şahmatda gücünü sınayıb. Karpov həmin görüşdən qələbə ilə ayrılsa da, bu, ona asan başa gəlməyib. Bundan əlavə, “Barselona”nın baş məşqçisi Qarri Kasparov, Vladimir Kramnik və Sergey Karyakinlə də şahmat oynayıb.

Setyen 2016-cı ildə “Las Palmas” klubunun “sükanı arxası”nda olarkən “Real”la oyundan öncə maraqlı açıqlama verib. O, futbolu şahmata bənzədib: “Hücuma keçəndə müdafiəni unutmaq olmaz. Həm şahmatda, həm də futbolda belədir. Futbolda yaxşı komandanız varsa, deməli, oyunçular birlikdə hücumda və müdafiədə iştirak edirlər. Gənc şahmatçılar təcrübəsiz olduqlarından, müdafiəni düşünmürlər, ancaq hücum etməyi düşünürlər. Bu isə yaxşı sonluğa aparmır. Meydanın, eyni zamanda lövhənin mərkəzinə nəzarət etmək lazımdır. Onda qalib gəlmək şansın artır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1300

Oxşar yazılar

7 ildən sonra Bundesliqaya qayıtdı

7 ildən sonra Bundesliqaya qayıtdı

12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol

“Dortmund” - “Bayer” oyununda 6 qol

12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu

“El Klasiko”nun qalibi “Barselona” oldu

11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla  qayıdır

“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır

10 may 2025 , 22:12
"Misirin kəndindən gələn uşaq üçün..." - Salahdan "Qızıl top"la bağlı ETİRAF

"Misirin kəndindən gələn uşaq üçün..." - Salahdan "Qızıl top"la bağlı ETİRAF

10 may 2025 , 18:18
"Arsenal" 60 milyona  yarımmüdafiəçi aldı

"Arsenal" 60 milyona yarımmüdafiəçi aldı

10 may 2025 , 14:21
"Barselona" məhsuldar hücumçunu  alır

"Barselona" məhsuldar hücumçunu alır

10 may 2025 , 12:07
"Əl-Nəsr" Ronaldo ilə müqaviləni uzatmaq istəmir

"Əl-Nəsr" Ronaldo ilə müqaviləni uzatmaq istəmir

10 may 2025 , 09:42